Rusiyanın ən məşhur opera ifaçılarından biri Dmitri Xvorostovski vəfat edib.
İki il yarımdan bəri beyin xərçəngi ilə mübarizə aparan 55 yaşlı müğənni bu gün səhər keçinib.
O, Londondakı xəstəxanada dünyasını dəyişib.
Rusiyanın Krasnoyarsk şəhərində doğulmuş D.Xvorostovski 1989-cu ildə Kardiff şəhərindəki Beynəlxalq opera müğənniləri müsabiqəsində qalib gələndən sonra Kovent-Qardendə, La Skalada, Metropoliten-Operada, Mariinsk teatrında çıxış etməyə başlamışdı.
Onun beynində xərçəng şişi olduğu 2015-ci ilin iyununda bəlli olmuşdu. Müğənni Londondakı klinikada müalicə olunurdu.