Terrorçuların məhvindən sonra qoşunların Suriya ərazisindən çıxarılmaması barədə Vaşinqtonun niyyəti ABŞ hərbçilərinin bu ölkədə olmasının həqiqi hədəfləri haqqında böyük suallar yaradır.
Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“ABŞ-ın müdafiə naziri (Ceyms Mettis –red.) noyabrın 13-də açıq şəkildə dedi ki, Amerika hərbçiləri siyasi nizama salınma prosesinin irəliləyişinə qədər Suriyadan getməyəcəklər”, - Zaxarova deyib.
Onun sözlərinə görə, Suriyada ABŞ qoşunlarının olması beynəlxalq hüququ nöqteyi-nəzərindən qanunsuzdur.
“ABŞ-ın Suriyada hərbi mövcudluğu beynəlxalq hüququ nöqteyi-nəzərindən qanunsuzdur. Onlar bura Dəməşqin icazəsi və ya dəvəti olmadan gəliblər. Onlar Suriyanın qanuni hökumətinin iradəsinin əksinə hərəkət edirlər. Faktiki olaraq özünü işğal anlayışına yaxın aparırlar”, - rusiyalı diplomat vurğulayıb.