Tv 8 kanalının rəhbəri Acun Ilıcalı “O Səs Türkiyə”dən getmək niyyətindədir.
Türkiyə mətbuatı xəbər verir ki, o, gələn ildən etibarən müsabiqənin aparıcılığını Gökhana əmanət etmək fikrində olduğunu deyib. Aparıcı bu sözləri verilişin dünənki buraxılışında etiraf edib. Açıqlaması ilə hər kəsi təəccübləndirən aparıcı səbəbini gərgin iş rejimi ilə izah edib:
"Meksika və Braziliyada da veriliş çəkirik. Türkiyədə cəmi 4 gün qalıram. “Survivor” yarışması üçün Dominikə gedirəm, çəkiliş 24 saata qədər davam edir. "O Səs Türkiyə"nin aparıcılığını gələn il bəlkə Gökhan əmanət edəcəyəm".
Aparıcının bu sözlərinin zarafat, yaxud həqiqət olduğu bəlli deyil. Acun verilişdən getməsi ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.(publika.az)