BMT-nın Yaxın Şərq münaqişəsi üzrə əlaqələndiricisi Nikolay Mladenov ABŞ-ın Qüdslə bağlı qərarından sonra regionda vəziyyətin gərginləşəcəyini bəyan edib.
"Bu gün böyük risk mövcuddur ki, biz birtərəfli addımların zəncirini müşahidə edə bilərik. Və onlar bizi sülhə nail olmaq məqsədindən ancaq uzaqlaşdıra bilər. Yaxın günlərdə ölkə liderlərinin müdriklik nümayiş etdirmələri və təhrikçi ritorikanın qarşısı alınması istiqamətində səy göstərmələri çox vacib olacaq", - deyə N. Mladenov bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Qüds məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək.