Əl-Cəzirə Media Şəbəkəsinn baş prodüsseri Həsən Said Elmogummer Efiopiyaya səyahət edib.
Səfər zamanı o Efiopiyanın 9 vilayətindən ən böyüyü olan və əhalisi 40 milyondan artıq olan Oromiyada olub.
Həsən Said Elmogummer səfər yekunu olaraq hazırlanan videoda bu ölkənin ictimai-siyasi vəziyyətindən, demokratik azadlıqlardan, insan hüquqlarının vəziyyətindən, xüsusilə qadınların ölkə və vilayət həyatında fəal iştirakından ətraflı danışır.
Yeri gəlmişkən, Oromiya vilayətinin hakimi də məhz Adana Şafivi adlı xanımdır. Video da həmçinin bu ölkədəki milli azlıqlardan, onların hüquqlarının qorunmasından və onların ana dillərinə hörmətdən bəhz olunur.