Sakit Okeanınla sərhəddə yerləşən ada ölkəsi Filippində tropik Tempin tufanı təxminən 90 insanın ölümünə səbəb olub. Mindanao adasında baş verən tayfun qasırğası torpaq sürüşməsinə yol açıb.
Xarici KİV-lər xəbər verir ki, tayfun nəticəsində Tubod qəsəbəsində bir çox kənd demək olar ki, yoxa çıxıb. Şiddətli yağış və fırtınanın nəticəsində bölgədə onlarla insan itkin düşüb, ölənlərin sayının çoxalacağı gözlənilir.
Fəlakət səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Filippində keçən həftə baş verən Urduja fırtınası 40-dan çox adamın ölümünə səbəb olmuşdu.