ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəd boyunca divar hörməkdən ötrü ilk mərhələ üçün Konqresdən 18 milyard dollar istəyib.
Bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
"Meksikadan gələn qeyri-qanuni miqrantların axınını əhəmiyyətli dərəcədə azaltmaqdan ötrü Meksika sərhədi boyunca nəhəng divar tikəcəyinə dair söz vermişdi. Bəziləri üçün bu vəd qəhqəhəyə səbəb olmuşdu, çünki fiziki maneələrin qurulması yolu ilə qanunsuz miqrasiyaya qarşı mübarizə bu günədək uğur qazanmayıb", - məlumatda bildirilib.