"Putin bu əraziləri Yaponiyaya verməlidir" - Kasparov | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


"Putin bu əraziləri Yaponiyaya verməlidir" - Kasparov

Dünya A- A A+
Rusiya SSRİ ilə Yaponiya arasında imzalanan 1956-cı il müqaviləsinə əsasən, Kuril adalarının problemini həll etməlidir.
 
Müxalifətçi Harri Kasparov bu müqaviləyə əsasən Rusiyanın Kuril adalarını Yaponiya tərəfinə verməli olduğunu açıqlayıb.
 
"Krım mübahisəli ərazi sayılmır. Bu ərazi mübahisəli deyil, bütün beynəlxalq müqavilələrə zidd olaraq ələ keçirilmiş ərazidir. Kuril adalarına gəlincə isə, 1956-cı il müqaviləsi əsas götürülməlidir. Xatırlamaq pis olmazdı ki, məhz Vladimir Putinin prezidentliyi dövründə Rusiya Amur çayı kanalında Rusiya sərhədinin demarkasiyası zamanı Çinə əhəmiyyətli güzəştlər etmişdi. Ona görə də Yaponiyaya ərazinin bir hissəsini vermək lazımdır. Qoy Yaponiya bu adaların inkişaf etməsində iştirak etsin".

axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...