Rusiya Liberal-Demokrat Partiyasının lideri, prezidentliyinə namizəd Vladimir Jirinovski deputatlardan maddi dəstək istəyib.
Rusiya KİV-i xəbər verir ki, Jirinovski seçki kampaniyasına dəstək üçün deputat həmkarlarının onun bank hesabına adambaşı 1 milyon rubl köçürməsini rica edib.
"Prezident seçkilərində iştirak edən tək deputat mənəm. Hesab edirəm ki, 450 deputat seçki kampaniyası üçün hesabıma 1 milyon rubl köçürə bilər. Əminəm ki, bəziləriniz 10 milyon da verə bilərsiniz", - deyə Jirinovski Dumada çıxışında bildirib.
Xatırladaq ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Jirinovskinin prezidentliyə namizədliyini qeydə alıb.