Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatına qatılan türk əsgərlərilə bağlı hazırlanan reportaj hər kəsi duyğulandırmışdı.
Milliyet xəbər verir ki, "Məni gözləməsinlər" deyən əsgərin ailəsi danışıb.
Bütün Türkiyəni duyğulandıran 24 yaşlı çavuş Mehmet Kuzu ailəsinin qürur mənbəyi olub.
5 övladın ən böyüyü olan Mehmet Kuzu 2 ildir çavuş kimi xidmət edir.
Tekirdağın Saray qəsəbəsində yaşayan ailəsi oğullarını TV-də görüncə çox həyəcanlandıqlarını söyləyib. 50 yaşlı ata Cemil Kuzu: "Oğlum, vətəninə, millətinə çox bağlı bir insan. Həyat yoldaşımla televiziya izləyərkən bir anda oğlumu gördük. Söylədiyi sözlər bizi çox duyğulandırdı. Oğlum ilə qürur duyuruq. Əməliyyatlarda iştirak edən heç bir mehmetciyin ayağına Allah daş dəydirməsin. Dönməyə bilər, vətən üçün hər kəs şəhid olmaq istəyir, bu, çox qürurverici bir şey. Sonuncu dəfə bir saat öncə danışdıq. Yerini söyləmədi. Lazımdırsa, biz də gələk dedim. O da "Sizə gərək yox. Türkiyə olaraq bizə dua edin" dedi. Rəbbim onların köməyi olsun".(Milli.Az)