Hər mövzuda ABŞ prezidenti Donald Trampa əks fikirlər söyləyən Roma Papası bu dəfə prezidentin "yalan xəbər” ifadələrinə "ilişib”.
Papa dünyada ilk yalan xəbər müjdəçisinin Həvvanı qadağan olunmuş ağacın meyvəsini yeməyə razı salan ilan olduğunu deyib.
Xristian kilsəsinin başçısı katoklilərin bu il 52-ci dəfə təşkil edəcəyi "Dünya Sosial Əlaqə Günü” mərasimi üçün "saxta xəbərlər və sülh jurnalistliyi” başlıqlı mesaj yayımlayıb.
O, yalan xəbərlərin zərərini İncildən örnəklər verərək izah edib. Habil-Qabil və Babil qülləsi hadisələrini gerçəklərin gizlədilməsinin ilk nümunəsi olduğunu deyən Papa "yaradılış kitabında bəhs edilən fırıldaqçı ilan insanlığın şəfəqində ilk saxta xəbər yayan olub. Tanrı bilir ki, o ağacın meyvəsini yeyəndə gözləriniz açılacaq, yaxşı ilə pisi biləcəksiniz və Tanrı kimi olacaqsınız” sözlərini əlavə edib./publika.az