Suriya ilə sərhəddə yerləşən Türkiyənin Aziz bölgəsinə səfər edən Türkiyə prezidentinin baş məsləhətçisi Mehmet Akarca keçirdiyi brifinq zamanı terrorçuların silahlı hücumuna məruz qalıb.
PKK/PYD terrorçuları Türkiyə Silahlı Qüvvələrinin başlatdığı “Zeytun budağı” əməliyyatını Aziz bölgəsində izləyən Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin rəhbəri Mehmet Akarca və beynəlxalq media qurumlarının əməkdaşlarına atəş açıb. Silahlı hücum zamanı heç kəsə ziyan dəyməyib.
Əvvəlcə Kilis şəhərinə gələn Akarca daha sonra jurnalistlərlə birgə PKK/PYD terrorçularının raketlə vurduğu Çalık məscidinə gedərək orada Burseya dağına yollanıb. Silahlı hücumdan sonra prezidentin baş məsləhətçisi və jurnalistlər təhlükəsiz bölgəyə aparılıb.