PKK Türkiyəyə qarşı döyüşmək üçün İŞİD terrorçuları ilə əməkdaşlıq qurur.
PKK Türkiyəyə qarşı vuruşmaq istəyən İŞİD üzvlərinə azadlıq vəd edib. PKK-nın mühasirəsi altında olan İŞİD-çilərə adlarının terrorçu siyahısından çıxarılacağına dair söz verilib.
Azad Suriya Ordusunun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, mühasirədə olan İŞİD-in təklifi qəbul etməkdən başqa çıxış yolu qalmayıb: "Suriyada İŞİD-ə ikinci nəfəs verilir.Artıq İŞİD-çilər xaricdəki məsləkdaşlarına mesaj göndərərək Suriyaya dəvət edirlər. Həbsxanalardakı İŞİD-çilər də azadlığa buraxılıblar. Onların arasında tanınmış İŞİD-çilər də var. Onlar partlayıcı maddələr hazırlamaq üzrə mütəxəssisdirlər. PKK onların bacarıqlarından Türkiyəyə qarşı istifadə etmək istəyir.
C.Karmo hazırda PKK sıralarında qeyri-kürd milliyətindən olan əcnəbilərin olduğunu bildirib.(teleqraf.com)