Ukraynanın Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovun işdən azad olunması barədə qərar qəbul edib.
Bu barədə “İnterfax – Ukrayna” məlumat yayıb.
“Biz Nəsirovun işdən çıxarılması haqda təqdimatı dövlət komissiyasına göndərmişik. Dövlət komissiyası öz qərarını verib”, - deyə Ukraynanın baş naziri Vladimir Qroysman hökumətin iclasında bildirib.
Qeyd edək ki, azərbaycanlı Roman Nəsirov vəzifə səlahiyyətlərindən sui-istifadə və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham edilir.(azvision.az)