Fevralın 3-də Suriyanın İdlib şəhərində Rusiyaya məxsus Su-25 təyyarəsinin vurulması nəticəsində həlak olan pilot Roman Filippovun nəşi ölkəsinə təhvil verilib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.
“3 fevralda Suriyada həyatını itirən rus pilot Roman Filippovun nəşi rus hərbi kəşfiyyatı tərəfindən Türkiyə tərəfi ilə edilən əməkdaşlıq nəticəsində Rusiyaya qaytarıldı”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya təyyarənin qalıqlarının tapılmasında yardım üçün rəsmi Ankaraya müraciət etmişdi. (axar.az)