CHP lideri Kamal Kılıçdaroğlu prostat əməliyyatı üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.
"Sozcu"nün verdiyi xəbərə görə, Kılıçdaroğlu prostat müalicəsi ilə bağlı son dəfə yoxlamadan keçdikdən sonra həkimlər onun əməliyyat olunmasına qərar verib.
Bu səhər Ankaradakı Acıbadem Xəstəxanasına aparılan Kılıçdaroğlunun vəziyyətinin yaxşı olduğu və qısa müddətdə xəstəxanadan evə buraxılacağı bildirilir.