ABŞ bundan sonra da Gürcüstana müdafiə qabiliyyətinin artırılmasında, avrointeqrasiya kursunda dəstək verəcək.
Bunu Gürcüstan Baş naziri Georgi Kvirikaşvili ilə görüşü zamanı ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib. Görüş zamanı həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Mettis Gürcüstan ordusunun regional və qlobal təhlükəsizliyin təminatında vacib rol oynadığını bildirib. (axar.az)