Dünyada bir dəqiqə ərzində 20 insan miqrant olur.
Bu sözləri Türk Qızılay Cəmiyyətinin sədri Kərəm Kırık deyib. O bildirib ki, müharibələrin qarşısının alınması üçün olan mexanizmlər bu gün müharibələrin yaranmasına, onların həll vaxtının uzadılmasına və mənfi nəticələrə səbəb olur:
“Dünyada 250 milyon miqrant var. Bunlardan silah gücü ilə öz evlərini məcbur tərk edən, bizim qaçqın dediklərimizin sayı isə 65.5 milyondur. Bu gün müharibə olmasın deyə qurulan beynəlxalq təşkilatların bu məsələ qarşısındakı acizliyini izləyirik”. (axar.az)