Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsində ona Bəşər Əsədlə əməkdaşlıq tələb edənlərə sərt cavab verib.
Ərdoğan həmin qüvvələrə "milyon vətəndaşını öldürən qatillə nəyi çözəcəksiniz" deyə xitab edib:
"Dəməşq, Mosul, Afrini yenidən necə qaldırılacaqlar? Kitabxanalarımız talan edildi, məscidlərimiz bombalandı. Ancaq hələ də "Əsədlə bir araya gələk" deyən zavallı insanlar var. Bir milyon vətəndaşını öldürən qatillə necə bir araya gəlmək olar?" (teleqraf.com)