Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə əlverişsiz hava şərtləri ilə əlaqədar Ordu-Giresun hava limanına enə bilməyib.
Təyyarənin ekipajının bir neçə dəfə etdiyi cəhdlər uğursuz alınıb.
Təyyarə Samsuna dönərək Samsun hava limanına enib. Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nazirlər helikopterlə Orduya uçublar.