BMT-nin baş katibi Antoniu Quttereş Səudiyyə Ərəbistanının raket atəşinə tutulmasını qəti şəkildə pisləyib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"Baş katib husilərin dünən axşam Səudiyyə Ərəbistanı şəhərlərinin, o cümlədən Ər-Riyadın atəşə tutulmasını kəskin şəkildə pisləyir", - deyə bəyanatda bildirilir.
Martın 25-də Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Ər-Riyad üzərində raketi vurub salıblar.