Hökumət niyə FETÖ-nün siyasi qanadını təmizləmir?
Bunu Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısında çıxışı zamanı deyib.
“OHAL-dan sonra nazirlər açıqlama yaydılar. “Ordudakı, təhsildəki, məhkəmədəki FETÖ-çuları təmizlədik” deyirlər. Bəs niyə o zaman OHAL davam edir? Səbəb FETÖ-nun siyasi qolunun ortaya çıxmaması və millətin danışmaması üçündür. Buradan ilk dəfədir deyirəm: FETÖ-nun bir nömrəli siyasi qolu prezident kürsüsünü işğal edən şəxsdir. Versin məhkəməyə, isbat edəcəyəm” – deyə o bildirib.
***
Kılıçdaroğlu artıq siyasətin deyil, psixologiyanın mövzusudur.
Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal deyib.
“Siyasət ağır mitomaniya (insanların öz danışdıqları yalana inanmaq xəstəliyi) vəziyyəti ilə qarşı-qarşıyadır”, - Ünal bildirib.(axar.az)