“Fərat Qalxanı” və “Zeytin Budağı” hərəkatları ilə terrorla mübarizə mövzusundakı qərarlılığımızı göstərdik. İraq rəhbərliyi də bu mövzudakı həssaslığımızı bilir”.
Türkiyə KİV-i xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə ordusunun İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı əməliyyatın keçirmə ehtimalını şərh edən prezident rəsmi Bağdadın Ankaraya dünən gecə bir xəbər göndərdiyini bildirib: “Bizə “Hazırda Sincarda lazımı əməliyyatı bir neçə istiqamətdən başladıq” dedilər. İndi İraq kəşfiyyatının rəhbərliyində yeni şəxs var. Hakan bəyin (Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan –red.) həmkarı. Onlar müzakirələr aparırlar. Müzakirələrdə irəliləyişin olduğunu bildirirlər. İraq terrorçuları Sincardan çıxararsa, çox yaxşı. Əks halda, sərhədimizin 60 kilometrliyindəki Sincarda özümüz əməliyyat keçirəcəyik”.
Prezident Suriyanın Münbiç şəhərində də əməliyyatın keçiriləcəyini vurğulayıb: “Bir gecə qəfildən gələ bilərik. Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”.(publika)