Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus artilleriya katerləri Xəzər dənizində təlim keçib.
Cənub hərbi dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumatına görə, rus katerlər şərti düşməni uğurla məhv ediblər.
Astafyev bildirib ki, təlimdə məqsəd katerlərin döyüşə hazırlığını yoxlamaq olub.