Erməni gənclər Serj Sərkisyana “Azadiç” ləqəbi verməklə tarixi yaddaş yazıblar.
Serj Sərkisyanın prezidentlik müddətinin başa çatması münasibəti ilə erməni gənclər onu müxtəlif formalarda “təbrik” ediblər.
Belə ki, Mikayil Marqaryan adlı sosial şəbəkə istifadəçisi Sərkisyanın arvadı Rita Sərkisyan tərəfindən “bəstələnən” musiqinin sözlərinə nəğmə oxuyub.
S.Sərkisyanın prezident olduğu illərdə onun şərəfinə bir dənə də olsa mahnı yazılmamasından təəssüfləndiyini bildirən erməni gənc Ermənistan prezidentinin qəhrəman kimi bir ləqəbinin olmamasını tarixi baxımdan erməni xalqının faciəsi hesab edir.
Marqaryan Ermənistan rəsmi dairələrində Serj Azadoviç deyə xitab edilən Sərkisyana onun ata adını ləqəb seçərək, “Azadiç” adlı mahnı yazıb.
Mahnıda Sərkisyanın bütün mənalarda erməni xalqını hər şeydən azad etməsindən bəhs olunur.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan həmin mahnını təqdim edirik: (Kult.az)