Türkiyə “Zeytun budağı” əməliyyatından sonra Afrinin idarəsini Suriyaya geri verməlidir.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatından sonra Türkiyə ordusunun Afrində qalacağını heç vaxt deməyib və əməliyyat bitdikdən sonra bu bölgənin idarəsini Suriyaya geri verəcəyini bildirib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.