Əlahiddə bir hadisə ortaya çıxmasa hərbi faza bitmiş hesab olunmalıdır. Suriya probleminin bu mərhələsində uduzan tərəf yoxdu.
Bu sözləri hüquqşünas Vaqif Hacıbəyli ABŞ, Fransa və Böyük Britaniyanın Suriyanı bombalaması haqda danışarkən deyib.
O, bildirib ki, Dəməşq bombalansa da, insan tələfatı ya yoxdu, ya da minimal həddədi:
“Atılan 103 raketdən 71 - i vurulub. Bunu deyildiyi kimi Suriya Hərbi Hava Qüvvələri bacarıbsa, bu az qala fantastik göstəricidi. Dəməşqdə əhali meydanlara tökülüb, qorxmadıqlarını nümayiş etdirir. Növbəti mərhələdə siyasi və diplomatik sahədə savaş gedəcək. Aparıcı Qərb ölkələrinin ilkin mərhələdə vahid cəbhədən cıxış etməsi onların gələcəkdə də öz mövqelərini qoruyub saxlaya biləcəklərinə inamı artırır. Lakin güc tətbiqinin legitim olub - olmaması, o cümlədən Bəşər Əsədin kimyəvi silahdan istifadə edib - etməməsinin özü hələ tam araşdırılmalı və qiymətini almalıdı. Növbəti mərhələ üçün Rusiyanın əlində daha ciddi kozırların olduğu kimi görünür”.