ABŞ, Britaniya və Fransa Suriyaya Əsəd rejiminin kimyəvi silahdan istifadəsinə görə hücum etmir.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
"Qərb sadəcə Suriya və Rusiyadan terrorçularla mübarizədə uğur qazandıqları üçün qisas alır. Onlar öz uğursuzluqlarını kompensasiya etmək istəyirlər. ABŞ prezidenti diktatora bənzər şəkildə öz "peykləri"ni məcbur edir ki, Suriya xalqının yaşamasına mane olsunlar", - deyə o bildirib.