Suriya ilə birbaşa danışıqlar mümkün deyil.
Bunu CBS televiziyasına müsahibəsində ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.
“Biz Suriya ilə birbaşa danışıqlar aparmaq istəmirik. Suriya hökuməti ABŞ-la danışıqlara layiq deyil. Onlar yalnız öz xalqlarını və vətənlərini məhv etməklə məşğuldur”, – deyə o bildirib.