“Təhrikçilər mayın 1-də - Ermənistanın baş nazirinin seçkiləri günündə İrəvanda təhlüksizlik gücləri ilə toqquşmalar təşkil edə bilərlər”.
Bu haqda respublika polisinin mətbuat xidməti bildirib.
“Polis öz səlahiyyətləri çərçivəsində həyatın təminatı və dinc nümayişlərin iştirakçılarının sağlamlığı üçün hər şeyi edəcək və vəziyyətin çətinləşdirilməsinə aparan heç bir hərəkətə təşəbbüs etməyəcək. Amma, alınan informasiyaya görə, potensial təhlükə var. Bəzi ekstremist qruplar yaranmış vəziyyətdən istifadə edərək provokasiyalara gedə, polislə toqquşmaları qızışdıra bilər”, - press-relizdə deyilir.(publika.az)