Yaponiyada 90 yaşlı qadın sürücü yol qəzası törədib.
Hadisə Kanaqava prefekturasında qeydə alınıb.
Məlumata əsasən, sürücü işıqforun qırmızı işığında dayanmayıb. Kumiko Sayto bildirib ki, piyadaların keçdiyini görməyib və sürəti artırmaq qərarına gəlib. Ancaq o yol kəsişməsinə çatan zaman adamları görüb və dərhal avtomobili səkiyə tərəf döndərib. Nəticədə maşınla 4 nəfəri vurub. Qəza zamanı 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Qadın sürücü artıq həbs olunub. O, avtomobili diqqətsiz idarə etməkdə günahlandırılır.
Saxlanılan Saytonun 62 yaşlı oğlu anasının həftədə 2 dəfə həkimə getdiyini bildirib.