Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrə Avrasiya yüksək sürətli dəmiryolu magistralı layihəsini həyata keçirməyi təklif edib.
Bu sözləri Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət başçılarının 18-ci toplantısında çıxışı zamanı deyib.
Nazarbayev yüksək keyfiyyətli iqtisadi artım üçün meqa infrastruktur layihələrini həyata keçirməyi təklif edib. Onun sözlərinə görə Pekin-Astana-Moskva-Berlin dəmiryolu xəttinin istismara verilməsi ŞƏT və AİB arasındakı qarşılıqlı əlaqələrin perspektivli formatını birləşdirməyə imkan yaradacaq.