Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qız nəvəsi Venera Nazarbayevanın toy mərasimi olub.
Toy mərasimi Alma-Atıdakı “Ritz Carlton” otelində baş tutub. Mərasimdə həmçinin məşhur rusiyalı müğənni Filip Kirkorov da iştirak edib.
Nəvə Nazarbayeva 22 yaşlı Dalen Çayjunusovla evlənib. Dalen Çayjunusovun Qazaxıstanın ən nüfuzlu ailələrindən birinin nümayəndəsi olduğu bildirilib.
Qeyd edək ki, Venera Nazarbayeva 2000-ci ildə anadan olub. O, Dariqa Nazarbayevanın qızıdır.