Əfqanıstanın şərqində su bəndinin dağılması nəticəsində azı 10 nəfər həlak olub, bir çox insan itkin düşüb.
Hadisə ötən gün gecə saatlarında, Pancşər vilayətinin dağ vadisində baş verib. Su bir neçə kəndi basaraq azı 300 evi məhv edib.
Yerli hakimiyyət ölənlərin sayının artacağını istisna etmir. Qeyd edilir ki, su gəlməyə davam edir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.