İranın energetika naziri Rza Ərdakanian ölkəsinin elektrik və su ixracatını tamamilə dayandırdığını açıqlayıb.
O, İranda enerji problemləri səbəbindən Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə enerji ixracatının dayandırıldığını bildirib. Ölkədəki su probleminin çətin problemə çevrildiyini deyən Erdekanian, problemlərdən və çətinliklərdən xilas olmaq üçün hər kəsin çalışmalı olduğunu bildirib.
Bəzi qrupların su və elektrik probleminə görə, xalqı ayağa qaldırmağa çalışdığını deyən iranlı nazir, həssas və təhlükəli olaraq təsvir etdiyi mövcud vəziyyətdə xalqı səbrli olmağa çağırıb.
Nazir, problemin aradan qaldırılması üçün iqlim və hava şəraiti üçün müvafiq planların hazırlanmalı olduğunu bildirib.(metbuat.az)