Birləşmiş Ştatlar Türkiyədən amerikal rahib Endrü Bransonun avqustun 8-nə qədər azad edilməsini tələb edirdi.
“Hürriyyət” qəzeti xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“ABŞ tələb etdi ki, avqustun 8-də saat 18:00-ə kimi rahibi azad edək. Əks halda onlar bizim daxili işlər və ədliyyə nazirlərimizə qarşı sanksiyalar tətbiq edəcəklərini bildirdilər. Biz də ABŞ-ın daxili işlər və ədliyyə nazirləri barəsində analoji sanksiyalar tətbiq etdik”, - o deyib.