Peskov Merkel-Putin görüşü barədə - "Türkiyəsiz olmaz" | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Peskov Merkel-Putin görüşü barədə - "Türkiyəsiz olmaz"

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq məsələlər məlum olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Peskovun sözlərinə görə, Türkiyəyə maliyyə dəstəyinin göstərilməsi görüşün gündəminə daxil deyil.

“Düşünmürəm ki, hansısa formada bu məsələ rol oynasın. Bunu Türkiyə ilə müzakirə etmək lazımdır, Türkiyəsiz bu məsələni necə müzakirə edək?”, - Peskov bildirib.

Putinlə Merkel görüş çərçivəsində ikitərəfli münasibətləri, nəhəng kommersiya layihələrinin icrası məsələlərini, həmçinin Ukrayna və Suriya problemlərini müzakirə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...