Talibanın ən qorxulu şəbəkəsinin lideri Cəlaləddin Həqqani uzun çəkən xəstəlikdən sonra vəfat edib.
Həqqani bu şəbəkəni 1970-ci illərdə yaradıb və onu oğlu Taliban liderinin müavinlərindən olan Siracəddin Həqqani idarə edir.
Həqqani Əfqanıstan müharibəsində ABŞ-ın dəstək verdiyi əməlyyatlarda Sovet ordusuna qarşı savaşıb. Onun qrupu ABŞ və Əfqanıstan ordusuna mütəşəkkil hücumları və insan oğurluğu ilə tanınıb.