İdlib düyünü: Amerika Əsədlə barışır İDDİA

Dünya 09:38 07.09.2018

İdlib əməliyyatının taleyinə bu gün Tehranda aydınlıq gətiriləcək

Rusiya aviasiyası sentyabrın 4-də İdlibi bombalamağa başlayıb. Hava zərbələri vilayətin əsasən şərq rayonlarını, Hatay və Laziqiyyə rayonlarına yaxın yerləşən Cisr əş-Şuğur rayonundakı terror obyektlərinə endirilib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov deyib ki, sentyabrın 4-də Rusiyanın Suriyadakı Xmeymim hava bazasından havaya qalxan 4 ədəd SU-35S bombardmançı təyyarə İdlibdə ən-Nusraya məxsus nöqtələri bombalayıb. Hava zərbələri terrorçuların qaldığı yerlər, həmçinin dronları saxladıqları anbarlara və bir qədər əvvəl Xmeymim bazası, eləcə də Hələb və Hama şəhərlərinə dron hücumu həyata keçirdikləri mərkəzə endirilib. Onun sözlərinə görə, hava zərbələri zamanı 47 dron vurularaq məhv edilib. Bazalarda hava hücumundan müdafiə silahlarının olduğu da bildirilib. Konaşenkov bombardmandan əvvəl terrorçuların obyektlərinin dəqiqləşdirildiyini və dəqiq hədəflərin vurulduğunu deyib.

Bu arada rusların Xmeymim hərbi bazası İdlibdən hücuma məruz qalıb. Hərbi bazaya yönəldilən iki pilotsuz aparat Rusiya HHM tərəfindən vurularaq salınıb. Xatırladaq ki, bir neçə ay əvvəl də İdlibdən Suriya ərazisindəki Rusiya aviabazasına dron hücumu təşkil edilmişdi. Nəticədə bomba ilə yüklənmiş dronla hava bazasındakı təyyarə və zenit-radar qurğularına ciddi zərər vurmuşdu. Ümumiyyətlə, son aylarda Suriyada və digər bölgə münaqişələrində dronlar terror məqsədilə istifadə olunmağa başlayıb. Silahlılar dronlara bomba bağlayır və onu müvafiq nöqtələrə yönləndirirlər.

Yeri gəlmişkən, Rusiya aviasiyasının hücumundan sonra Suriya ordusu da İdlib ərazilərini artilleriya atəşinə tutub. Ancaq əməliyyat sonrakı günlərdə davam etməyib, fasilə yaranıb. Hətta bəzi ərəb media orqanları fasilənin xarici təzyiqlərlə əlaqədar olaraq yarandığını iddia edib.

Ancaq Suriya milli uzlaşma naziri Əli Heydər İdlibə hərbi əməliyyatın sülh danışıqlarından daha real göründüyünü bildirib. Nazir bunu İdlibdəki terrorçuların anlaşmaya yaxın olmaması ilə izah edib. Bu həm də Suriya hakimiyyətinin İdlib barədə mövqeyini göstərir. Nazir deyib ki, İdlib digər bölgələrdən fərqlənir, ona görə də bura əməliyyat qaçılmaz olacaq. Həqiqətən də Suriyada baş verənləri izləyənlər bilir ki, son bir ildə xüsusən də son əməliyyatlar zamanı Suriyanın mərkəzindən cənubuna qədər müxtəlif rayonlardan silahı yerə qoyan, ancaq hökumətə təslim olmayan terrorçular İdlibə köçürülüb. İndi isə Dəməşq Rusiya ilə birlikdə İdlibə əməliyyat keçirməyə hazırlaşır. Bu o deməkdir ki, İdlibdə qalanlar ölüm-dirim savaşına girir, yaxud da Türkiyəyə qaçmalı olacaqlar. Nazir Əli Heydər 500 nəfərə yaxın insanın İdlibdə hökumətlə danışıqlara razılaşdığı üçün silahlılar tərəfindən həbs olunduğunu bildirib.

Bu arada BMT məlumat yayıb ki, İdlibdə olan 3-4 milyon insanın 10 faizə qədəri qaçqın düşə bilər. Qaçqınlar isə coğrafi şərtlərə əsasən yalnız Türkiyəyə sığına bilər. Bu isə Ankara üçün əlavə başağrısı və problemdir. Bu səbəbdən də Ankara Suriya hökumətinə İdliblə bağlı xəbərdarlıq edib.

İdlib əməliyyatı ilə bağlı ABŞ və Fransa da öz narahatlıqlarını bildiriblər. Prezident Donald Tramp bildirib ki, İdlibdə hərbi əməliyyatların başlaması dinc əhalinin qırılmasına səbəb ola bilər. Bu isə ABŞ-ı narahat edir. Eyni zamanda o, Əsəd qüvvələrinin kimyəvi silah işlədəcəyi təqdirdə ABŞ ordusu tərəfindən vurulacağını bildirib. Oxşar açıqlama Fransadan gəlib. Fransa baş qərargahı bəyan edib ki, İdlibdə kimyəvi silahdan istifadə olunarsa, o zaman Suriyadakı hədəflər vurulacaq.

Qeyd edək ki, hazırda Suriya ərazisində, əsasən də kürdlərin nəzarət etdiyi bölgələrdə ABŞ və Fransa hərbi qüvvələri mövcuddur. Ancaq maraqlıdır ki, dünyanın daha bir qüdrətli dövləti - Almaniyanın baş naziri fərqli açıqlama verib. Kansler Angela Merkel bildirib ki, İdlibdə vəziyyət “mürəkkəbdir”. Kansler bildirib ki, bir tərəfdən İdlibdəki mülki əhalini qorumaq, o biri tərəfdən isə oradakı terrorçulara qarşı mübarizə aparmaq lazımdır. Merkel deyib ki, bu mövzuda Putin və Ərdoğanla da danışıb. O hesab edir ki, İdlibdəki radikal qruplara qarşı mübarizə aparılsa da, mülki əhali qorunmalıdır.

Ötən gün isə Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə ABŞ Virciniya əyalətinin senatoru Riçard Bleklə görüşüb. Mediada yer alan məlumata görə, B.Əsəd ABŞ-ın dağıdıcı rolundan danışıb. Amerikalı senator isə Suriyanın bəzi bölgələrində artıq normal həyatın bərpa olunduğunu gördüyünü və ölkə ərazisində sülhün, sabitliyin yenidən bərpa olunmasına, terrorun yox olmasına ümid etdiyini deyib. Senator R.Blekin prezident Əsədlə yanaşı məclis sədri Həmmudə Sabbağ və Əsədin siyasi müşaviri Buseyna Şabanla görüşdüyü bildirilir. Lakin senatorun Dəməşqə hansı niyyətlə getdiyi məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Livan mətbuatı bu ilin iyun ayında ABŞ kəşfiyyatının bir neçə təmsilçisinin Dəməşqə gələrək Suriya kəşfiyyatının rəisi Əli Məmlüklə görüşdüyü haqda xəbər yayıb. Həmin xəbərdə qeyd olunurdu ki, amerikalılar Suriya hökumətinə Tənəfdəki hərbi bazanı tərk etməyə və daha bir neçə şərtin qarşılığında Suriyanın cənubundakı (İsrail sərhədləri yaxınlığında - K.R.) İran və Hizbullah qüvvələrini çıxarılması tələbini qoyub. Belə görünür ki, indi amerikalıları Suriyanın gələcək taleyi, Əsədin qalmasından daha çox İranın və onun dəstəklədiyi Hizbullah kimi güclərin Suriyadakı mövcudluğudur. ABŞ-ın müharibədən az sonra bütün əlaqələri dondurduğu Dəməşqə heyət göndərməsi, hətta Trampın yazısında Əsədi Suriya prezidenti adlandırması onu göstərir ki, amerikalılar artıq Bəşər Əsədin qalması ilə barışıblar, Vaşinqtonun Yaxın Şərqdə başqa prioritetləri var.

Qeyd edək ki, İdlib əməliyyatının, ümumilikdə isə Suriya münaqişəsinin gələcək taleyi sentyabrın 7-də Türkiyə, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək sammitində bəlli olacaq.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı