Eurasia Diary "Reuters"a istinadən xəbər verir ki, ABŞ prezidenti Donlad Tramp 24 Sentyabrdan başlayaraq 200 milyard dollar dəyərində Çin məhsullarına 10%-lik gömrük rüsumu tətbiq olunacağı ilə bağlı açıqlama verib. 2019-cu ilin əvvəlindən etibarən isə bu tariflər 25%-ə yüksələcək.
Çinin əks addımlar atacağı vəziyyətdə 267 milyard dollarlıq məhsulau əhatə edən yeni tarif paketi tətbiq edəcək.
“Beynəlxalq azad ticarətdə qanuni hüquqlarını və maraqlarını qoruya bilmək üçün Çin bu addımlara eyni şəkildə cavab verməkdən başqa yolu yoxdur”, deyə Çin Maliyyə Nazirliyi bəyan edib.
“ABŞ tarifləri artırmaqda təkid etməklə ikitərəfli ticarət müzakirələrini müəmmalı vəziyyətə salır. Çin ABŞ-ın hərəkətlərinin mənfi nəticələr verəcəyini başa düşəcəyinə və davranışlarını vaxtında düzəltməyə real addımlar atacağınıa ümid edir”.