İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Bu barədə İƏT-in “Twitter” hesabında yazılıb.
Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı təmas qrupunun yaratmaq qərarını verib. Təmas qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Təmas qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib.