Mövcud gərgin geosiyasi vəziyyətdə və anti-rus sanksiyaların artdığı zamanda Rusiya öz müdafiə qüvvələrini gücləndirməlidir, deyə Rusiya Dövlət Dumasının Büdcə və Vergi Komitəsinin sədri Andrey Makarov bildirib.
Rusiya hərbi büdcəsinin 2019-cu ildə 2.9 trilyon rubl (44 milyard dollar), 2020-ci ildə 3 trilyon rubl (45.6 mlrd. dollar), 2021-ci ildə isə 3.2 trilyon rubl (48.7 mlrd. dollar) olacağını açıqlayıb.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, Makarov 2019-cu ildə Rusiyanın büdcə gəliri 19.67 trilyon rubl olduğunu bildirib.