ABŞ-ın Kanzas əyalətində tuğyan edən Tornado saniyəbəsaniyə kamerala əks olunub.
"Eurasia Diary" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dodge şəhəri yaxınlığında başlayan Tornado tufanı saatda 32 kilometr sürətlə irəliləyir. Tufanın çox ciddi ziyan dağıntılara səbəb olacağı gözlənilir. Əhaliyə bütün mümkün xəbərdarlıqlar edilib.
Belə tufanlar hər il ABŞ-da 70 insanın ölümünə, 1500 insanın yaralanmasına səbəb olur. ABŞ-ın ərazisi böyük olduğunu və iqlim müxtəlifliyinə görə ən pis hava şəraitləri burada müşahidə edilir.