İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Direktoru, doktor Əbdüləziz Osman əl-Teveyciri bu gün Bakı şəhərində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən iclasda çıxış edərək mədəniyyətlərarası dialoqun vacibliyindən danışıb. Belə ki, müxtəlif dinlərə məxsus insanlar bu gün dünyanı bürüyən münaqişələr və gərginlik şəraitində yaşayırlar. Belə forumlar da bütün insan cəmiyyətini təhdid altına alan regional və beynəlxalq səviyyələrdə böhranları daha da artıran və dünyada sülh və əmin amanlığa zərbə vuran bu münaqişələrin və gərginliyin təsir gücünün azaldılması işinə xidmət edir.
Baş Direktor bir daha müxtəlif mədəniyyətlət və dinlərə məxsus insanlar arasında dialoqun davamlı şəkildə həyata keçirilməsi məqsədilə təlim-təhsil müəssisələri, KİV, mədəniyyət sahəsində platformaların, dini mövzularda disputların təşkili yolu ilə beynəlxalq səviyyəli görüşlərin, regional forumların, treninqlər və başqa tədbirlərin keçirilməsi zərurətini vurğuladı.
Doktor Əbdüləziz Osman əl-Teveyciri xüsusilə qeyd etdi ki, ISESCO həmişə İslam dünyasında və ondan xaricdə dialoq mədəniyyətinin təbliği sahəsində ön sıralarda olmuş və olacaqdır. Bu məqsədlə dilaoq problemi il bağlı bir neçə beynəlxalq və regional səviyyəli tədbirlərdə fəal iştirak etmiş, mədəniyyətlərarası dialoq məsələsinə İslam dünyasının mövqeyini bildirmişdir, dialoq probleminə, onun prinsiplərinin, məqsədinin, qarşılaşdığa çətinliklərinin və onların aradan qaldırılması yollarının təhlilinə həsr edilmiş bir neçə fundamental tədqiqat əsəri də nəşr etmişdir. ISESCO bu gün də bu sahədə öz işini davam etdirir, bu işi daha da inkişaf etdirmək, xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama şəraitini təmin etmək, dünyada sülh və əmin-amanlığı qorumaq məqsədilə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığını davam etdirir.