Tiflisdə naməlum şəxslər "Rusiya 24" kanalının çəkiliş qrupuna hücum edib.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Məlumata görə, hücum edənlər kanalın müxbirinə və operatoruna xəsarət yetirməyə cəhd göstəriblər.
Olayla bağlı ətraflı məlumat verilmir.
***
Rusiya Xarici İşlər Nazirliyi "Rusiya 24" kanalının çəkiliş qrupunun hücuma məruz qalması ilə bağlı bəyanat yayıb.
Bəyanatda rəsmi Tiflisdən rus jurnalistlərin və vətəndaşların qeyd-şərtsiz təhlükəsizliyinin təmin olunması tələb edilib.
"Gürcü rəsmilərindən ölkədə olan Rusiya vətəndaşlarının, o cümlədən rusiyalı jurnalistlərin təhlükəsizliyinin qeyd-şərtsiz təmin etməsini tələb edirik", - bəyanatda bildirilib.