Rusiyada baş vermiş təyyarə qəzasında 2 nəfər ölüb, 22-si yaralanıb - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


Rusiyada baş vermiş təyyarə qəzasında 2 nəfər ölüb, 22-si yaralanıb - VİDEO - FOTOLAR

Dünya A- A A+

Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

"RİA Novosti" xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub,  22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. 

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş.  Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.

1

1

1

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...