Türkiyəyə pis xəbər - Senat təsdiqlədi | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Türkiyəyə pis xəbər - Senat təsdiqlədi

Dünya A- A A+

ABŞ Senatı müdafiə büdcəsinin 2020-ci ilə olan layihəsində Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin verilməsinə dair qadağanı qəbul edib.

Eurasia Diary-nin Axar.az-a istinadən məlumatına görə, sənədin lehinə 86, əleyhinə isə səkkiz senator səs verib.

Bundan sonra senatorlar və Nümayəndələr Palatasının üzvləri birgə büdcə layihəsi hazırlayıb dövlət başçısına təqdim etməlidirlər.

Bildirilir ki, qadağa yalnız Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi və gələcəkdə bu sistemləri ümumiyyətlə almayacağına dair “etibarlı zəmanət” verməsindən sonra aradan qaldırıla bilər.

Qeyd edək ki, rəsmi Ankara Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcəyini bəyan edib. Komplekslərin ilk partiyası Türkiyəyə iyulda çatdırılmalıdır.

ABŞ bəyan edir ki, S-400 sistemləri NATO standartlarına uyğun deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...