İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi

Dünya A- A A+

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus tanker, güman edildiyinə görə, İran hərbçiləri tərəfindən ələ keçirilib.

Eurasia Diary CNN-ə istinadən xəbər verir ki, məlumatı ABŞ kəşfiyyatındakı mənbə yayıb.

Məlumata görə, gəmi Panamanın bayrağı altında üzüb və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi katerləri ekipajı gəmini İranın ərazi sularına istiqamət almağa məcbur edib.

BƏƏ hələlik buna reaksiya verməyib. Amerika kəşfiyyatının bildirdiyinə əsasən, gəminin ekipajı ilə əlaqə saxlamaq mümkün olmayıb. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...