İran nüvə razılaşmasının qorunması üçün şərtlərini açıqlayıb | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


İran nüvə razılaşmasının qorunması üçün şərtlərini açıqlayıb

Dünya A- A A+

İranın nüvə razılaşmasını tərk etməsinə ehtiyac yoxdur, ancaq onun icra səviyyəsi tərəfdaşların rəftarından asılı olaraq dəyişir.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlamanı İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

“Bizim İranın nüvə proqramı üzrə birgə hərəkət planını tərk etməmizə lüzum yoxdur. Digər tərəflərin buna necə riayət etməsindən asılı olaraq biz özümüz onun icra dərəcəsini azalda və ya artıra bilərik”, - deyə iranlı nazir qeyd edib.

Nazir, həmçinin bildirib ki, avropalılar nüvə razılaşmasının qorunması üçün İranın sərbəst ticarət aparmasına imkan yaratmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...