Türkiyə “S-400”lərə görə NATO-dan çıxarılacaq? - Baş katibdən cavab | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Türkiyə “S-400”lərə görə NATO-dan çıxarılacaq? - Baş katibdən cavab

Dünya A- A A+

NATO-nun heç bir ölkəsi “S-400” zenit-raket komplekslərinin Ankaraya tədarükü ilə əlaqədar Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

Eurasia Diary “RİA Novosti”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun mühüm üzvüdür:

“Müttəfiqlərdən heç biri heç vaxt bu məsələni qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq”.

Bununla belə, Y.Stoltenberq əlavə edib ki, Türkiyənin aldığı “S-400” kompleksləri NATO-nun hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilməyəcək.(oxu.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...